“Milan” futbolçusunu icarəyə göndərdi
“Milan” yarımmüdafiəçisi Junior Messiası “Cenoa” klubuna icarəyə verib.
Komanda.az “qırmızı-qaralar”ın rəsmi saytına istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə 1 illik icarə müqaviləsi imzalanıb.
Braziliyalı oyunçu 2022/23 mövsümündə Milan klubunun heyətində 36 oyuna çıxıb, altı qol vurub və iki məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin