Leao 175 milyon avroya satıla bilər

“Milan” hücumçusu Rafael Leaonu 175 milyon avroya sata bilər.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, onun müqaviləsindəki sərbəst buraxılma bəndi 2028-ci il iyulun 5-dən iyulun 15-dək qüvvədədir.

Leao özü İngiltərə və ya İspaniyada çıxış etmək istəyir. O, “Milan”dakı işinin sona çatdığını düşünür.

Bildirilir ki, PSJ bu futbolçunu “Real”a gedə biləcək forvardı Kilian Mbappeni əvəzləmək üçün variant kimi nəzərdən keçirir.

24 yaşlı portuqaliyalı futbolçu 2019-cu ildən “Milan”da çıxış edir. O, bu mövsüm “qırmızı-qaralar”ın heyətində 27 oyuna çıxıb, 6 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button