“Milan” futbolçusuna yeni müqavilə təklif edir
“Milan” futbolçusu Frank Kessyenin müqaviləsinin müddətini artırmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” 23 yaşlı yarımmüdafiəçiyə iki illik yeni sözləşmə təklif edib. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. Tərəflər arasında danışıqlar davam edir.
Kessyenin “Milan”la hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir. Fil Dişi Sahili milli komandasının da üzvü olan yarımmüdafiəçi bu mövsüm A Seriyasında 10 oyunda 4 qol vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin