“Milan” onunla “nikah təzələyəcək”
“Milan” futbolçusu Davide Kalabriyanın müqaviləsinin müddətini artırmağa hazırlaşır.
Komanda.az xəbər verir ki, “qırmızı-qaralar” Avropanın bir neçə klubunun yaxından maraqlandığı 23 yaşlı müdafiəçini komandada saxlamaq niyyətindədir. Bu barədə İtaliya mətbuatı məlumat yayıb. “Milan” rəhbərliyinin Kalabriya və onun meneceri ilə görüşdüyü bildirilir.
“Milan”ın yetirməsi olan Kalabriyanın hazırkı müqaviləsi 2022-ci ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin