“Milan” əla fürsəti əldən verdi”

İtaliya çempionatında 6-cı tura yekun vurulub və ən maraqlısı “Yuventus” – “Milan” matçı olub. Gərgin keçən oyunda qapılara qol vurulmayıb və matç 0:0 hesabı ilə yekunlaşıb

Komanda.az “pianetamilan.it”-ə istinadən xəbər verir ki, “Milan”ın oyundakı üstünlüyünü nəzərə alan Turin klubunun keçmiş hücumçusu Alessandro Del Pyero bu nəticənin “Yuventus”un xeyrinə olduğunu düşünür:

“Yuventus” bir xal qazandı və “Milan” hər kəsə qayıdışı ilə bağlı ən aydın siqnal göndərmək üçün əla fürsəti əldən verdi”.

“Milan” sonuncu dəfə 2022-ci ildə, Stefano Piolinin rəhbərliyi altında İtaliya çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button