“Milan” fransalı qapıçı ilə anlaşıb
“Milan”ın qapıçısı Mayk Menyan klubu ilə yeni müqavilə imzalamağa yaxındır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, fransal futbolçu tezliklə 2028-ci ilə qədər qüvvədə olacaq yeni müqavilə imzalamalıdır. Tərəflər əlverişli danışıqlar aparıb və əməkdaşlıq şərtlərini razılaşdırıblar. Yeni müqaviləyə əsasən, Menyan ildə 6 milyon avro qazanacaq.
29 yaşlı qolkiper “Milan”a 2021-ci ilin yayından Fransanın “Lill” klubundan keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin