“Milan” fransalı futbolçu ilə razılığa gələ bilmir
“Milan”ın müdafiəçisi Teo Hernandesin gələcəyi qeyri-müəyyən olaraq qalır.
27 yaşlı futbolçu ilə “Mançester Yunayted”in maraqlandığı məlum olub.
Komanda.az “Mirror”-a istinadən xəbər verir ki, fransalı futbolçunun agenti artıq “qırmızı şeytanlar”ın nümayəndələri ilə danışıqlar üçün İngiltərəyə uçub.
Hernandesin “Milan”la müqaviləsi il yarımdan sonra başa çatsa da, tərəflər hələ ki, yeni anlaşma ilə bağlı razılığa gələ bilməyib. O, cari mövsümdə Paulo Fonsekanın komandasında 18 oyun keçirib, 2 qol vurub və 2 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin