
“Milan” Fransa millisinin hücumçusu ilə maraqlanır
“Milan” yay transfer dövründə hücum xəttini yenidən qurmaq məqsədilə yeni namizədləri nəzərdən keçirir.
Komanda.az “Sky Sport Italia”-ya istinadən xəbər verir ki, “qırmızı-qaralar” artıq bir neçə əsas hədəfi əldə edə bilmədikdən sonra fransalı hücumçu Arno Kalimuendo ilə maraqlanmağa başlayıb.
PSJ akademiyasının yetirməsi olan 23 yaşlı forvard sonradan “Renn”ə 20 milyon avroya transfer olunub. O, Fransa gənclər millisində daim forma geyinib və artıq əsas yığmanın heyətində 6 oyuna çıxaraq, 1 qol vurub.
Kalimuendo son mövsümdə Liq 1-in ən məhsuldar hücumçularından olub. O, mövsüm ərzində 18 qol və 4 məhsuldar ötürmə ilə diqqət çəkib.
“Milan” bu yay Temmi Abraham, Luka Yoviç və gənc futbolçu Françesko Kamarda ilə yollarını ayırıb. Klub hücum xəttini gücləndirmək üçün axtarışdadır.
Bizi Facebook-da izləyin