“Milan” müdafiəçisi üçün cəlbedici təklif gözləyir

“Milan” rəhbərliyi yay transfer dönəmində fransalı müdafiəçi Teo Hernandesin satışını ciddi şəkildə nəzərdən keçirir.

Komanda.az “Calciomercato”-ya istinadən xəbər verir ki, klub 27 yaşlı futbolçu üçün qənaətbəxş təklif olacağı halda, danışıqlara açıqdır.

“Milan” bu ehtimalla bağlı artıq sol cinah müdafiəçisi mövqeyinə mümkün alternativləri araşdırmağa başlayıb. Əsas namizəd kimi “Tottenhem”in oyunçusu Destini Udoqi göstərilir. İtaliyalı müdafiəçi İngiltərədə mövsümü yüksək səviyyədə keçirib və A Seriyasının bir neçə klubunun diqqətini cəlb edib.

Bununla belə, londonlular 22 yaşlı oyunçunu satmaq niyyətində deyil və bu səbəbdən, danışıqlar çətin keçə bilər.

Daha bir alternativ seçim kimi isə “Yuventus”dan Andrea Kambiaso nəzərdən keçirilir. Onun transferi daha real qiymətləndirilir. Xüsusilə, Massimiliano Alleqrinin “Milan”a baş məşqçi təyin olunacağı təqdirdə. Kambiaso keçən mövsüm məhz Alleqri ilə birlikdə çalışmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button