
“Milan” İsveçrə millisinin üzvünə göz dikib
“Milan” yay transfer dönəmində hücum xəttini gücləndirməyi planlaşdırır.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar” bu məqsədlə “Monako”nun hücumçusu Bril Emboloya maraq göstərir.
İsveçrə millisinin də üzvü olan 28 yaşlı forvard 2022-ci ildən “Monako”nun heyətində çıxış edir. O, son mövsümdə bütün turnirlərdə 42 oyunda iştirak edib, 7 qol vurub və 9 məhsuldar ötürmə ilə yadda qalıb.
Embolonun “Monako” ilə müqaviləsinin müddəti gələn ilin yayına qədərdir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



