”Milan” qovduğu baş məşqçiyə 1,8 milyon avro ödəyəcək
“Milan” bazar ertəsi baş məşqçi Paulo Fonsekanı istefaya göndərdiyini açıqlayıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis müqaviləyə vaxtından əvvəl xitam verdiyi üçün “Milan”dan cərimə şəklində təxminən 1,8 milyon avro alacaq.
Baş məşqçi A Seriyasında “Roma” ilə evdə heç-heçə etdikləri oyundan (1:1) sonra istefaya göndərilib.
Fonsekanın yerini “Milan”la 2026-cı ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayan Serjio Konseysao tutub.
Milanlılar yanvarın 3-də İtaliya superkuboku matçında “Yuventus”la qarşılaşacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin