“Milan” baş məşqçi ilə bağlı qərar verib
“Milan”ın “Fiorentina” ilə çempionat matçındakı növbəti uğursuzluqdan sonra (1:2) baş məşqçi Paulo Fonseka ilə yollarını ayıra biləcəyi ilə bağlı söz-söhbətlər yenidən güclənib.
Komanda.az “SportMediaset”-ə istinadən xəbər verir ki, Milan klubunun rəhbərliyi, həmçinin Zlatan İbrahimoviç vəziyyəti müzakirə edərək, taktiki qərar verib. Belə ki, onlar hələlik baş məşqçiyə toxunmamaq və ona hər cür dəstək vermək fikrindədirlər.
“Fiorentina” ilə oyundakı uğursuzluğa görə futbolçular günahlandırılıb. Buna baxmayaraq, Fonsekanın etibarı o qədər də böyük deyil. “Milan” rəhbərliyi noyabrda portuqaliyalı mütəxəssisin rəhbərliyi altında klubun gələcəyini və perspektivlərini müzakirə etmək üçün yenidən bir araya gələcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin