“Latsio” səfərdə, “Roma” evdə qələbə qazandı
İtaliya A Seriyasında 25-ci tura start verilib.
Komanda.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. “Napoli” səfərdə “Breşiya”nın qonağı olub və çətin qələbəyə sevinib.
Lider “Yuventus” bu turda SPAL səfərinə yollanıb. Üç qolun qeydə alındığı matç Turin təmsilçisinin qələbəsiylə yekunlaşıb.
Turun maraqla gözlənilən qarşılaşmasında “Milan” səfərdə “Fiorentina” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüş heç-heçə yekunlaşıb. “Bolonya” – “Udineze” matçında da qalib müəyyənləşməyib.
Sonuncu oyun gününə nəzərdə tutulan altı qarşılaşmadan yalnız ikisi baş tutub. “Latsio” səfərdə “Cenoa” üzərində çətin qələbəyə sevinib. “Roma” isə doğma meydanda “Leççe”ni darmadağın edib. “Atalanta” – “Sassuolo”, “Torino” – “Parma”, “Verona” – “Kalyari” və “İnter” – “Sampdoriya” matçları isə koronavirus təhlükəsi səbəbi ilə təxirə salınıb.
İtaliya A Seriyası, 25-ci tur
21 fevral
Breşiya – Napoli 1:2
Qol: Çanselyor, 26 – İnsinye, 50. Ruis, 54.
22 fevral
Bolonya – Udineze 1:1
Qol: Palasio, 90+2 – Okaka, 33.
SPAL – Yuventus 1:2
Qol: Petanya, 69-pen – Ronaldo, 39. Remzi, 60.
Fiorentina – Milan 1:1
Qol: Pulqar, 84-pen – Rebiç, 56.
23 fevral
Cenoa – Latsio 2:3
Qol: Kassata, 57. Krişito, 89-pen – Maruşiç, 2. İmmobile, 51. Kataldi, 71.
18:00 Atalanta – Sassuolo
18:00 Torino – Parma
18:00 Verona – Kalyari
Roma – Leççe 4:0
Qol: C.Ünder, 13. Mxitaryan, 37. Dzeko, 69. Kolarov, 80.
23:45 İnter – Sampdoriya
Bombardir: Çiro İmmobile (Latsio) – 26 qol.
Bizi Facebook-da izləyin