“Milan” superkubok matçına ciddi itkilərlə çıxacaq
“Milan”ın baş məşqçisi Serjio Konseysao İtaliya superkubokunun yarımfinalında “Yuventus”la oyun öncəsi itkilərlə bağlı sualı cavablandırıb.
Komanda.az Milan klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı çalışdırıcı dəqiq nəsə deməyin çətin olduğunu bildirib:
“Yunus Musa və Kristian Pulişiç? Dəqiq nəsə demək çətindir, hər şey matça yaxın həll olunacaq. Hər saat onların vəziyyətinə nəzarət etmək vacibdir. Pulişiç artıq komanda ilə məşqlərə qayıdıb, Rafael Leao yox, Musa isə sual altındadır. Leao mütləq “Yuventus”a qarşı oynamayacaq, amma digərləri ola bilər. Baxmayaraq ki, onların meydanda çox vaxt keçirəcəklərinə dair böyük şübhələr var. Məni çətin seçim gözləyir”.
“Milan” – “Yuventus” matçı bu gün keçiriləcək.
Bizi Facebook-da izləyin