
“Milan” Felikslə bağlı qərar verib
“Milan” “Çelsi”dən icarəyə götürdüyü portuqaliyalı hücumçu Joao Felikslə bağlı qərar verib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya klubu 25 yaşlı futbolçunun satın alınmasını rəsmiləşdirməyəcək. Beləliklə, Feliks icarə müqaviləsi başa çatdıqdan sonra “Çelsi”yə qayıdacaq.
Daha əvvəl mətbuat “Milan”ın Feliksi 40 milyon avroya almaq variantının olduğunu yazmışdı. O, bu mövsüm “Milan”ın heyətində 10 oyun keçirib, 1 qol vurub və 1 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin