“Latsio”ya qələbə üçün bir qol bəs etdi

Futbol üzrə İtaliya A Seriyasında 29-cu tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə dörd qarşılaşma baş tutub.

Dörd qolun qeydə alındığı “Salernitana” – “Sassuolo” matçında qalib müəyyənləşməyib. “Spetsiya” “Kalyari”ni məğlub yola salıb.

Səfərdə “Sampdoriya” ilə qarşılaşan “Yuventus” inamlı qələbəyə sevinib. Lider “Milan” isə qələbə qazanmağı unudan “Empoli”ni qəbul edib. “Rossonyerilər” bu görüşdə məğlubiyyətsiz oyunlar seriyasını bir qədər də uzadıb.

Liderin ən yaxın izləyicisi “İnter” çətin Turin səfərinə yollanıb. 6 oyundur qələbə qazana bilməyən “Torino” məhz bu matçda tilsimi qırmaq niyyətindəydi. Amma komandalar bu görüşdən hərəyə 1 qol və 1 xalla ayrılıblar. “Napoli” isə səfərdə “Verona”nı məğlub etməklə “İnter”i turnir cədvəlində qabaqlamağa nail olub.

Tura “Latsio” – “Venetsiya” görüşüylə yekun vurulub. Qarşılaşma meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

İtaliya A Seriyası, 29-cu tur

12 mart

Salernitana – Sassuolo 2:2
Qol
: Bonatsoli, 8. Dyuriç, 81 – Skamakka, 20. Traore, 30.

Spetsiya – Kalyari 2:0
Qol
: Erlik, 55. Manaj, 74.

Sampdoriya – Yuventus 1:3
Qol
: Sabiri, 84 – Yoşida, 23-öz qapısına. Morata, 34-pen; 88.

Milan – Empoli 1:0
Qol
: Kalulu, 19.

13 mart

Fiorentina – Bolonya 1:0
Qol
: L.Torreyra, 70.

Verona – Napoli 1:2
Qol
: Faraoni, 77 – Osimhen, 14; 71.

Atalanta – Cenoa 0:0

Udineze – Roma 1:1
Qol
: Molina, 15 – Pelleqrini, 90+4-pen.

Torino – İnter 1:1
Qol
: Bremer, 12 – A.Sançes, 90+3.

14 mart

Latsio – Venetsiya 1:0
Qol
: İmmobile, 57-pen.

Bombardir: Çiro İmmobile (Latsio), Duşan Vlahoviç (Yuventus) – 20 qol.
Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button