İtaliya klubu De Liqtin transferindən imtina edib
“Mançester Yunayted”in müdafiəçisi Matteys de Liqt yay transfer pəncərəsində “Milan”ın diqqətində olub.
Komanda.az “Milan Posts”-a istinadən xəbər verir ki, A Seriyası təmsilçisi 26 yaşlı futbolçunu heyətinə qatmaq üçün sorğu göndərsə də, yüksək transfer qiymətinə görə bu plan tezliklə rədd edilib.
“Transfermarkt” portalı niderlandlı müdafiəçini 38 milyon avro dəyərində qiymətləndirir. Onun “Mançester Yunayted”lə müqaviləsinin müddəti 2029-cu ilə qədərdir.
De Liqt daha əvvəl 2019–2022-ci illərdə “Yuventus”un heyətində çıxış edərək, A Seriyasında təcrübə qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



