
İtaliya klubu Hoylundu heyətinə qatmaq istəyir
“Mançester Yunayted”in hücumçusu Rasmus Hoylund karyerasını A Seriyasında davam etdirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” danimarkalı futbolçuya maraq göstərir və onu baş məşqçi Massimiliano Alleqrinin sistemi üçün heyətə qatmaq istəyir.
Hazırda “qırmızı-qaralar” bu transferin nə dərəcədə real olduğunu öyrənməyə çalışırlar. Bununla belə, daha əvvəl yayılan xəbərlərdə Hoylundun “Mançester Yunayted”i tərk etmək niyyətində olmadığı bildirilmişdi.
21 yaşlı forvard son mövsümdə Premyer Liqada 32 oyuna çıxaraq, 4 qola imza atıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin