“Milan” danimarkalı futbolçu üçün danışıqlara başlayıb

“Milan” Lissabon “Sportinq”inin hücumçusu Konrad Harderin transferi istiqamətində danışıqlara başlayıb.

Komanda.az xəbər verir ki, bu barədə “Football Italia” nəşri məlumat yayıb.

“Qırmızı-qaralar” 20 yaşlı forvard üçün artıq rəsmi təklif göndəriblər. İtaliyalılar onu 27 milyon avroya almaq niyyətindədir. Daha əvvəl isə Portuqaliya təmsilçisinin Harder üçün 28 milyon avro tələb etdiyi bildirilmişdi.

Danimarkalı futbolçu 2024-cü ilin payızından “Sportinq”in heyətində çıxış edir. O, bu müddətdə 51 oyunda meydana çıxaraq, 12 qol vurub və 7 məhsuldar ötürmə verib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button