“Milan” daim zirvədə olmalıdır”

Aleksis Salemakers “Bolonya”dakı mövsümdən sonra “Milan”a geri qayıdıb və yeni baş məşqçi Massimiliano Alleqri ilə uğurlu bir mövsüm keçirməyə ümid edir.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı yarımmüdafiəçi qarşıdakı çempionatda öz məqsədlərini açıqlayıb:

“Keçən mövsümdəki performansımı bu mövsümdə də təkrarlamaq istəyirəm. Çox oyun keçirib, komandaya qələbələr qazandırmağa kömək etməyi arzulayıram. “Milan” daim zirvədə olmalıdır. Keçən mövsümün uğursuzluqlarını azarkeşlərin yaddaşından silmək istəyirəm. Yeni başlanğıcla, amma böyük iddialarla başlayırıq”.

İtaliya çempionatının yeni mövsümü avqustun 17-də start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button