Çexiyalı hücumçu “Milan”ın hədəfindədir

Leverkuzen “Bayer”inin hücumçusu Patrik Şik İtaliya A Seriyasında çıxış edə bilər.

Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, çexiyalı forvardla “Milan” maraqlanır.

29 yaşlı futbolçunun transfer dəyəri 27 milyon avro qiymətləndirilir. Onun “Bayer”lə müqaviləsinin müddəti 2027-ci ilin iyununun sonuna kimidir.

Patrik Şik son mövsümdə Bundesliqada 31 oyunda iştirak edib, 21 qol vurub. O, 2020-ci ildən “Bayer”in şərəfini qoruyur.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button