“Milan” “Çelsi”nin futbolçusu ilə gücləndi
“Çelsi”nin futbolçusu Kristian Pulişiçin “Milan”a keçidi rəsmiləşib.
Komanda.az xəbər verir ki, bu barədə sözügedən klublar rəsmi saytları vasitəsilə məlumat veriblər.
24 yaşlı yarımmüdafiəçi 4+1 illik müqavilə imzalanıb. İtaliya təmsilçisi bu transfer üçün 20 milyon avro təzminat ödəyəcək.
Pulişiç İngiltərə Premyer Liqasında 2022/23 mövsümündə 24 oyuna çıxıb və 1 qol vurub. O, 2019-cu ildən “Çelsi”nin uğurları üçün çalışırdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin