“Milan” “Borussiya”nın sabiq çalışdırıcısı ilə danışıqlara başlayıb

“Milan”da məsləhətçi işləyən isveçli sabiq hücumçu Zlatan İbrahimoviç komandaya yeni baş məşqçi ilə bağlı axtarışlara başlayıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, skandinaviyalı keçmiş futbolçu Dortmund “Borussiya”sının sabiq çalışdırıcısı Edin Terziçlə danışıqlar aparır. Bu mütəxəssisin namizədliyi “Milan” üçün prioritet hesab olunur.

Hazırda “Milan”da baş məşqçi postunu portuqaliyalı Paulo Fonseka tutur.

“Milan” İtaliya çempionatının yeni mövsümünə yaxşı başlamayıb. Komanda 4 turun nəticələrinə əsasən 5 xal toplayıb və turnir cədvəlində 10-cu yerdədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button