
“Milan” Berardidən vaz keçdi
“Milan” “Sassuolo”nun futbolçusu Domeniko Berardini transfer etməmək qərarına gəlib.
Komanda.az “Gazzetta di Modena”-ya istinadən xəbər verir ki, “Sassuolo” Berardini 35 milyon avroya buraxmağa hazırdır. Ancaq milanlılar yayda bu məbləği bir futbolçuya xərcləmək istəmir.
Berardi bu mövsüm “Sassuolo”nun heyətində A Seriyasında 27 oyuna çıxıb, 14 qol vurub və 14 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin