
“Milan” belçikalı futbolçunu transfer siyahısına daxil edib
“Milan” “Sevilya”nın vingeri Dodi Lukebakionu transfer hədəfləri sırasına daxil edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “qırmızı-qaralar” belçikalı futbolçunu komandanın sağ cinah yarımmüdafiəçilərindən birinin ayrılacağı ehtimalına qarşı ehtiyat transfer kimi nəzərdən keçirir.
Lukebakionun yaxın günlərdə tanınmış futbol agenti Fali Ramadani ilə əməkdaşlığa başlaması onun “Milan”a transfer ehtimalını daha da artırıb. Ramadani “Milan”ın idman direktoru İqli Tare ilə yaxın münasibətlərə malikdir, bu isə transferin baş tutma şansını çoxaldır.
Belçika millisinin üzvü olan 27 yaşlı futbolçu 2024/2025 mövsümündə “Sevilya”nın heyətində 39 oyuna çıxıb, 11 qol vurub və 2 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin