“Milan” baş məşqçisini istefaya göndərdi – RƏSMİ

İtaliyanın “Milan” klubunda gözlənilən baş məşqçi istefası rəsmiləşib.

Komanda.az xəbər verir ki, A Seriyası təmsilçisi Marko Campaolonu istefaya göndərib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Son 4 oyundan üçündə məğlub olan milanlılar uğursuzluqdan çıxış yolunu Campaolonu qovmaqda görüblər.

52 yaşlı mütəxəssis “Milan”a bu ilin iyun ayının 19-da baş məşqçi təyin olunmuşdu. Onunla 2+1 illik müqavilə imzalanmışdı.

“Milan” A Seriyasında 7 turdan sonra cəmi 9 xalla 20 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Campaolo 2004-cü ildən başladığı məşqçilik karyerası ərzində “Askoli”, “Kalyari”, “Siena”, “Kataniya”, “Çezena”, “Breşiya”, “Kremoneze”, “Empoli” və “Sampdoriya” klublarında da çalışıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button