Pioli qovulmayacaq
“Milan”ın baş məşqçisi Stefano Pioli komandadan ayrılmayacaq.
Komanda.az “La Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, “rossonyerlər”in rəhbərliyi onunla yollarını ayırmaq haqda düşünmür.
Çempionlar Liqasındakı uğursuz çıxışdan sonra Piolinin müqaviləsinə xitam veriləcəyi gözlənilirdi. Amma rəhbərlik 58 yaşlı mütəxəssisi dəstəkləmək qərarına gəlib və onu istefaya göndərməyəcək.
Pioli 2019-cu il oktyabr ayından “Milan”ı çalışdırır və onun klubla müqaviləsi 2025-ci il mövsümünün sonuna qədər nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin