“Milan” argentinalı üçün danışıqlara başladı
Yeni mövsüm üçün müdafiə xəttinə axtarışlarını davam etdirən “Milan” İngiltərədən futbolçu transfer edə bilər.
Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Mançester Siti”nin müdafiəçisi Nikolas Otamendi “qırmızı-qaralar”ın transfer hədəfindədir. İtaliya təmsilçisinin argentinalı futbolçu üçün “şəhərlilər”lə danışıqlara başladığı və “Mançester Siti”nin baş məşqçisi Pep Qvardiolanın bu keçidə razılıq verdiyi bildirilir. Tərəflər arasındakı danışıqların müsbət yekunlaşacağı və futbolçunun yeni mövsümdən “Milan”ın formasını geyinəcəyi gözlənilir.
“Milan”ın “Liverpul”un şərəfini qoruyan Deyan Lovrenlə maraqlandığı da deyilir.
2015-ci ildən “Mançester Siti”də çıxış edən Otamendi, son mövsümdə iştirak etdiyi 33 oyunda 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. 31 yaşlı futbolçunun klubla müqaviləsi 2022-ci ilədək nəzərdə tutulub.
Bizi Facebook-da izləyin