
İtaliya klubu Hummelsdən imtina edib
Almaniya millisinin və Dortmund “Borussiya”sının sabiq müdafiəçisi Mats Hummels “Milan”a təklif olunub.
Komanda.az “milannews”-a istinadən xəbər verir ki, Milan klubunun rəhbərliyi təcrübəli futbolçu ilə müqavilə bağlamaqda maraqlı olmadığından, ondan imtina edib.
Hummels üçün A Seriyasında digər variant isə paytaxt “Roma”sıdır.
Alman futbolçunun “Borussiya” ilə müqaviləsi 2023/24 mövsümünün sonunda başa çatıb. Müdafiəçi komandadan azad agent kimi ayrılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin