“Milan” Almaniya klubunun hücumçusunu istəyir
“Milan” “Borussiya”nın (Münhenqladbax) hücumçusu Markus Türamı transfer etməyə yaxındır.
Komanda.az “Sky Sport”-a istinadən xəbər verir ki, futbolçunun özü də İtaliya çempionatında çıxış etmək istəyir.
Milan təmsilçisi Türama illik 5 milyon avro maaş təklif edib. Bonuslarla birgə onun illik qazancı 10 milyon avrodan çox olacaq.
Öncədən “Leyptsiq”in də Türamla maraqlandığı bildirilirdi.
Fransalı futbolçu 2022/23 mövsümündə Almaniya klubunun heyətində 32 oyuna çıxıb, 16 qol vurub və 7 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin