“Milan” Abrahamla bağlı qərar verib

“Milan” hücumçusu Temmi Abrahamla bağlı planlarına qərar verib.

Komanda.az “Corriere dello Sport”-a istinadən xəbər verir ki, baş məşqçi postu ilə bağlı qeyri-müəyyənliyə baxmayaraq, Milan klubu Abrahamı “Roma”dan alacaq.

27 yaşlı Abraham “Milan”a ötən yayın sonunda, “Roma”dan icarə əsasında keçib. O, həmin vaxtdan bəri 40 oyun keçirib, 10 qol vurub və 7 məhsuldar ötürmə verib.

“Milan” hazırda İtaliya çempionatının turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button