“Milan” 100 milyon avro xərcləməyə hazırdır – 4 futbolçu üçün
“Milan” rəhbərliyi yay transfer pəncərəsində komandanın heyətini gücləndirmək istəyir.
Komanda.az “Gazzetta dello Sport”-a istinadən xəbər verir ki, İtaliya klubu yeni futbolçular üçün 100 milyon avro xərcləməyə hazırdır. Bu, yeni baş məşqçi Paulo Fonsekanın gəlişi ilə həyata keçiriləcək.
“Milan” yay transfer pəncərəsində bir hücumçu, iki müdafiəçi və bir yarımmüdafiəçi ilə müqavilə imzalamaq istəyir. Klub bu futbolçularla maraqlanır: Coşua Zirkze (Bolonya), Yusuf Fofana (Monako), İqor Xulio (Brayton) və Emerson (Tottenhem).
“Milan” son İtaliya çempionatında 75 xal toplayaraq 2-ci yerdə qərarlaşıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin