
“Milan” ehtiyat formasını təqdim etdi – FOTO
“Milan” cari mövsüm üçün komandanın dördüncü formasını nümayiş etdirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, formalar iki versiyada hazırlanır – qara və ağ. Klubun texniki sponsoru Amerikanın “Puma” şirkətidir.
“Milan” fevralın 11-də “San Siro”da baş tutacaq “Napoli” ilə matçda ilk dəfə bu formanı geyinəcək.
Milanlılar hazırda A Seriyasında 23 turdan sonra 49 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıblar.



Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin