
“Milan” “Çelsi” ilə razılığa gələcəyinə əmindir
“Çelsi” hücumçusu Kristof Nkunku üçün 30 milyon funt sterlinqdən yüksək məbləğ tələb edir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Milan” 27 yaşlı futbolçunu heyətinə qatmaq istədiyini açıqlayıb və öncədən Nkunkuyla razılığa gəldiyi bildirilir.
İtaliya klubu ilə İngiltərə təmsilçisi arasında aparılan danışıqlarda “Çelsi”nin ilkin tələbi 34,5 milyon funt sterlinq və bonuslar, “Milan”ın təklifi isə 25,8 milyon funt sterlinq və bonuslar təşkil edir.
“Milan” tərəfi bu danışıqlarda razılığa gələcəyinə əmindir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



