Milad Yaponiyada çempion oldu, Radik “bürünc”lə kifayətləndi

Bu gün Yaponiyada təşkil edilən taekvondo üzrə qran-pri turnirinə yekun vurulub.

Komanda.az xəbər verir ki, Çiba şəhərində keçirilən G4 kateqoriyalı yarışın son günündə 80 kq çəki dərəcəsində mübarizəyə qatılan Milad Beigi Hərçəqani qızıl medala sahib olub.

İdmançımız fransalı İsmail Souhili, ardından ispaniyalı Daniel Barreranı və İtaliya təmsilçisi Simone Allesionu yarışdan kənarlaşdıraraq yarımfinala adlayıb. Finala vəsiqə uğrunda xorvatiyalı Toni Kanaetə qarşı döyüşdən də qalib ayrılan Milad həlledici qarşılaşmada rusiyalı Anton Kramtçova qalib gəlib.

Beləliklə, yarışa 8 taekvondoçu ilə qatılan millimiz ikinci medalını qazanıb. Dünən digər taekvondoçumuz Radik İsayev yalnız yarımfinalda məğlub olaraq bürünc medala layiq görülmüşdü.

Növbəti qran-pri yarışları Bolqarıstanın paytaxtı Sofiya (18-20 oktyabr) şəhərində, final mərhələsi isə Moskvada (6-7 dekabr) keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button