Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti ilə görüşdü

Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviçlə görüşüb.

Komanda.az xəbər verir ki, bununla bağlı Cabbarov “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

“Dünya Güləş Birliyinin prezidenti Nenad Laloviç ilə görüşdə ölkəmizdə güləşə dövlət səviyyəsində yüksək şəraitin yaradıldığı, idmançılarımızın nüfuzlu beynəlxalq yarışlarda əldə etdiyi qələbələr qeyd olundu. Azərbaycanda təşkil olunan mötəbər idman yarışlarının vacibliyinə toxunaraq, hazırda Bakıda keçirilən Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterli güləş üzrə Avropa Olimpiya Təsnifat turnirinin önəmini vurğuladıq”, – deyə AGF prezidenti bildirib.

Milli Gimnastika Arenasında təşkil olunan yarış aprelin 7-də başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button