Miçel: “Öz ölkənin komandasına qarşı oynamaq özəldir” – Müsahibə
“Qarabağ” klubunun futbolçusu Miçel Avropa Liqasının qrup mərhələsinin 1-ci turunda “Sevilya” ilə qarşılaşacaqları oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Komanda.az xəbər verir ki, ispan yarımmüdafiəçi, oyunla bağlı bunları deyib:
– Bizim üçün “Sevilya” kimi komandaya qarşı oynamaq xoşdur. Ötən il məşqçiləri dəyişib, bir neçə yeni futbolçu gəlib. Yaxşı mübarizə aparıb, xal qazanmağa çalışacağıq.
– Rəqibin “Sevilya” olması sənin üçün xüsusi nəsə ifadə edir? Yoxsa adi oyunlar kimi?
– Bizim üçün, şəxsən mənim üçün özəl oyundur. Bu turnirdə iştirak etmək xüsusi hissdir. Çalışacağıq ki, turnirboyu bütün oyunlardan zövq alaq, azarkeşlərimizi sevindirək.
– İspan futbolçular – Dani Kintana və Xayme Romero ilə aranızda “Sevilya” haqda danışmısız?
– Üç gün əvvəl bizim üçün çempionatda daha vacib oyun var idi. Bunun üçün də, vaxtımız olacaq bu haqda danışmağa. Öz ölkənin komandasına qarşı oynamaq özəldir. Oyundan zövq almağa çalışacağıq.
– “Sevilya” ilə daha əvvəl də qarşılaşmısan. Xüsusi yadında qalan anlar olubmu?
– İllər əvvəl əvvəlcə “Sportinq”, sonra da “Xetafe” ilə bu komandaya qarşı oynamışam. Hər zaman Çempionlar Liqasında oynamağa can atan komandadır.
– “Sevilya”da yaxından tanıdığın kimsə varmı?
– “Xetafe”də birgə oynadığım Serxio Eskudero olub. Yəqin onunla sabah danışacam.
Şahin Cəfərov
Bizi Facebook-da izləyin