“Mançester Yunayted”in ötən ilin noyabrında zədələnən futbolçusu məşqlərə başlayıb

Zədə səbəbindən ötən ilin noyabrından meydana çıxmayan “Mançester Yunayted”in yarımmüdafiəçisi Meyson Maunt yenidən Erik ten Haqın komandasının ümumi qrupunda məşqlərə başlayıb.

Komanda.az xəbər veririr ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Maunt ötən il noyabrın sonunda zədələnmişdi. Mətbuat futbolçunun baldır əzələsinin sıradan çıxdığını yazsa da, bu məlumatın rəsmi təsdiqi yoxdur.

25 yaşlı futbolçu bu mövsüm bütün turnirlərdə 12 matçda iştirak edib və 1 məhsuldar ötürmə edib. Onun klubla müqaviləsi 2028-ci ilin yayına qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button