Meydanın ortasında diz çöküb, evlilik təklifi etdi – FOTO

“Tottenhem”in və Norveç millisinin hücumçusu Selin Bize İldhusoy ad günündə, “Standard” – “Anderlext” matçından sonra meydanda sevgilisi Aron Dennumdan evlilik təklifi alıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Standard”da forma geyinən Dennum xanım futbolçuya etdiyi evlilik təklifi haqda belə deyib:

“Bu, planlaşdırılmışdı. Amma uduzsaydıq, bunu etməzdim. Bu, mükəmməl an idi. Artıq iki ildir ki, bir yerdəyik və mən ona dəlicəsinə aşiqəm. Onun həqiqətən evlənmək istədiyini bilirdim. Xeyr, onun imtina etməsi riski yox idi”.

“Standard”la “Anderlext” arasında keçirilən Belçika “klassiko”su yarımçıq dayandırılıb. Buna səbəb, ikinci hissənin ortalarında səfərdə oynayan “Anderlext”in azarkeşlərinin “Standard”ın hesabı artırması ilə meydançaya məşəllər və oturacaqlar atmasıdır. Oyun dayandırılana kimi “Standard” 3:1 hesabı ilə öndə olub.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button