Gürcü futbolçu meydandan çıxarkən baş məşqçinin əlini sıxmadı
“Napoli”nin vingeri Xviça Kvaratsxeliya Çempionlar Liqasının 1/8 final mərhələsinin “Barselona” ilə ilk oyununda (1:1) əvəzlənməsinə əsəbiləşib.
Komanda.az “Football İtalia”-ya istinadən xəbər verir ki, gürcüstanlı futbolçu 68-ci dəqiqədə meydanı tərk edib.
Kvaratsxeliya belə erkən əvəzlənməyinə təəccüblənib. Buna görə o, baş məşqçi Françesko Kalzonenin əlini sıxmayıb.
Kvaratsxeliya 2022-ci ilin yayından “Napoli”də çıxış edir. O, bu mövsüm bütün yarışlarda 33 oyuna çıxıb, 6 qol vurub və 4 məhsuldar ötürmə verib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin