“Feliks meydanda əlindən gələni etmək istəyir”
“Atletiko”nun baş məşqçisi Dieqo Simeone Joao Feliksin İngiltərə Premyer Liqa təmsilçisi “Çelsi”yə keçidi barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, portuqaliyalı oyunçuya uğurlar arzu edib:
“Feliksin transferi ilə bağlı çox danışmayacağam. Ona uğurlar arzu edirəm. Bacarıqlı futbolçudur. Gəncdir. Feliks meydanda əlindən gələni etmək istəyir. Ümid edirəm ki, hansı klubda çıxış etməsindən asılı olmayaraq, daim uğur qazanacaq”.
Joao Feliks yanvarın 11-də “Atletiko”dan “Çelsi”yə keçib. “Zadəganlar” 6 aylıq icarə haqqı olaraq qarşı tərəfə 9 milyon avro ödəyib. Sözləşmədə oyunçunun birdəfəlik satınalma variantı nəzərdə tutulmayıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin