“Meydana qayıtdığım üçün xoşbəxtəm” – Dadaşov
“Zədədən sonra yenidən meydana qayıtdığım üçün xoşbəxtəm”.
Komanda.az xəbər verir ki, bunu Türkiyənin “Ankaragücü” klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi “instaqram” hesabında yazıb.
Ötən gün 1-ci Liqanın 17-ci turunda “Çorum”la heç-heçə etdikləri oyunun 61-ci dəqiqəsində meydana çıxan forvard qarşılaşmanın asan olmadığını bildirib:
“Komandamızın böyük əməyi və azarkeşlərimizin heyrətamiz dəstəyi ilə xal qazana bildik”.
Oyun 1:1 hesabı ilə başa çatıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin