“Komandamızda bir neçə şey çatışmırdı”
Portuqaliya millisinin yarımmüdafiəçisi Bernardo Silva UEFA Millətlər Liqasının qrup mərhələsinin Şotlandiya ilə oyununda qeydə alınan heç-heçəni şərh edib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, portuqaliyalı futbolçu yanlış anlarda hücumlar etdiklərini bildirib:
“Komandamızda bir neçə şey çatışmırdı. Yanlış anlarda hücumlar etdik və az intensivlik nümayiş etdirdik. Komanda heç-heçə və ya məğlubiyyətə görə, həmişə nəticəyə cavabdeh olmalıdır. Meydana çıxdığımız zaman nəticəyə cavabdehik”.
Portuqallarla şotlandlar arasında keçirilən görüş qolsuz bərabərliklə yekunlaşıb. 4 turdan sonra Portuqaliya millisi 10 xalla 1-ci, Şotlandiya yığması isə 4-cü yerdədir.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin