Meydana çıxan azarkeş “Keşlə”ni 1600 manat ziyana saldı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Komanda.az xəbər verir ki, bu gün keçirilən iclasda aşağıdakı qərarlar qəbul edilib:
Premyer Liqanın 10-cu turunun “Sabah” – “Zirə” oyununda “Sabah” klubunun futbolçusu Xuan Kamara ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
10-cu turun “Keşlə” – “Neftçi” oyununun 86-cı dəqiqəsində azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunur.
10-cu turun “Səbail” – “Qəbələ” oyununda “Səbail” klubunun futbolçusu Yurqen Qoxa ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.
Birinci divizionun 5-ci turunun “Səbail-2” – “Qəbələ-2” oyununda “Qəbələ-2” komandasının futbolçusu Nicat Oruclu ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.
Bizi Facebook-da izləyin