“Messiyə qarşı oynamamağı özüm üçün xoşbəxtlik hesab edirəm”
İspaniyanın “Real” klubunun sabiq futbolçusu Fernando Yerro “Barselona”nın hücumçusu Lionel Messi ilə bağlı açıqlama verib.
Komanda.az “Radio Continental”a istinadən xəbər verir ki, 52 yaşlı sabiq futbolçu, Messiyə qarşı oynamadığı üçün xoşbəxt olduğunu bildirib:
“Messiyə qarşı oynamamağı özüm üçün xoşbəxtlik hesab edirəm. Uşaq vaxtı Dieqo Maradona ən sevdiyim futbolçu idi, amma Messinin son 15 ildə etdikləri qeyri-adi bir şeydir”.
Yerro 1989-2003-cü illərdə “Real”ın şərəfini qoruyub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin