“Belə tribunalar qarşısında oynayan hər komanda…” – Valverde
Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Mançester Yunayted”ə 1:0 hesabı ilə qalib gələn “Barselona”nın baş məşqçisi Ernesto Valverde açıqlama verib.
Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssis, oyun zamanı zədələnən Lionel Messinin vəziyyəti ilə bağlı danışıb:
“Bu gün Çempionlar Liqasının simvolu olan stadionlardan birində oynadıq. “Old Trafford”dakı atmosfer göz önündədir. Belə tribunalar qarşısında oynayan hər komanda asanlıqla matça köklənə bilər. Çox çətin matç oldu, amma oyuna diqtə etməyi bacardıq.
Messinin vəziyyətini hələ bilmirik. Burnundan ağır zərbə aldı, yaxın zamanda həkimlər onu müayinə edəcək. Bu səviyyədəki rəqiblərimizə qarşı oyunlarda üstünlük qurmağımız üçün Messiyə ehtiyacımız var. Çünki “Mançester Yunayted” texnikalı və hava mübarizəsindən qalib ayrılan bir komandadır. Messinin oynaması və matçda üstünlük əldə etməyimizə kömək etməsi bizim üçün vacibdir”.
Bizi Facebook-da izləyin