“Messiyə dedim ki, səni məğlub edib dünya çempionu olacam”
PSJ-nin braziliyalı hücumçusu Neymar komanda yoldaşları Lionel Messi və Kilian Mbappe ilə DÇ-2022-ni müzakirə edib-etmədiyi haqda danışıb.
Komanda.az “The Telegrap”-a istinadən xəbər verir ki, Neymar Braziliya millisində 10 nömrəli formanı geyinməyin yaratdığı hissdən də danışıb:
“Hamının mundiala böyük ümid bəslədiyi, narahat olmadığı, amma həyəcanlandığı açıq-aşkar görünür. Hər kəs turnirdə oynamaq istəyir. Messi və Mbappe ilə dünya çempionatı haqqında çox danışmamışıq, amma bəzən zarafatlaşırdıq. Dedik ki, finala qədər yollarımız bir-birimizlə kəsişə bilər. Messiyə dedim ki, səni məğlub edib dünya çempionu olacam, bundan sonra hamımız birlikdə güldük.
Braziliya millisində 10 nömrəli formanı geyindiyim zaman təzyiq altında oluram? Xeyr, çox rahatam. Mən təzyiq hiss etmirəm, əksinə, Braziliya yığmasında 10 nömrəni geyinib tarix yaza bildiyim üçün xoşbəxtəm. Onu geyinən oyunçuların qrupunda olmaq mənim üçün böyük qürur və şərəfdir”.
Qətərdəki dünya çempionatı noyabrın 20-dən dekabrın 18-dək keçiriləcək.
Bizi Facebook-da izləyin