“Messiyə sahib olduğumuz üçün çox şanslıyıq”

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano komandanın hücumçusu Lionel Messinin yeni ildə vurduğu ilk qoldan danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu deyib:

“Messini tanıyan insanlar üçün bu normaldır, çünki o, min dəfə belə qollar vurub. Ona sahib olduğumuz üçün çox şanslıyıq”.

Argentinalı forvardın dəqiq zərbəsi KONKAKAF Çempionlar Kuboku çərçivəsində “Sportinq Kanzas Siti” ilə matçda (1:0) komandasına qələbə qazandırıb. 37 yaşlı futbolçu qolu “İnter Mayami”nin 2025-ci ildəki ilk rəsmi matçının 56-cı dəqiqəsində vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button