“Messi yorğundur”

“İnter Mayami”nin baş məşqçisi Xavyer Maskerano Lionel Messinin vəziyyəti ilə bağlı sualı cavablandırıb.

Komandasının KONKAKAF Çempionlar Kuboku matçında “Kavalyers”ə qalib gəldiyi oyunu (2:0) Messi tribunadan izləyib. 37 yaşlı futbolçu ardıcıl ikinci matçı buraxıb.

Komanda.az xəbər verir ki, argentinalı mütəxəssis mətbuat konfransında Messinin yorğun olduğunu bildirib:

“Mən həkimlərin Messi haqqında dediklərinə əməl edirəm. O, yorğundur. Onsuz oynamağı öyrənmək bizim üçün də vacibdir”.

Messi bu il “İnter Mayami”nin heyətində 3 oyunda 2 qol vurub və 2 məhsuldar ötürmə edib. Maskeranonun komandası martın 9-da MLS-də doğma meydanda “Şarlott”u qəbul edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button