Messinin yuxusunu ərşə çəkən oyun
PSJ-nin və Argentina millisinin hücumçusu Lionel Messinin keçmiş agenti Fabian Soldini argentinalı futbolçu ilə səmimi söhbətindən danışıb.
Komanda.az “infobae.com”-a istinadən xəbər verir ki, Soldini, Messinin DÇ-2014-ün final oyununda Almaniya millisinə məğlubiyyəti unuda bilmədiyini deyib:
“2015-ci ildə evdə Messini ziyarət etdim. Uzun müddətdən sonra ilk dəfə görüşdük və o, mənə dedi: “Fabi, artıq bir ildir ki, gecələr yuxudan durub Braziliyada keçirilən dünya çempionatında Almaniya ilə final oyunu düşünürəm. Mən yata bilmirəm”. Sizi əmin edə bilərəm ki, bu, onun başını fırladıb”.
2014-cü ildə Braziliyada keçirilən dünya çempionatının final matçında Argentina millisi Almaniya ilə qarşılaşıb. Almanlar əlavə vaxtda 1:0 hesabı ilə qalib gələrək, dünya çempionu olublar. Yeganə qolu 113-cü dəqiqədə Mario Getse vurub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin